Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo İran qanunlarını pozduğuna görə 99 şallaq cəzası ala bilər.
Ednews xəbər verir ki, bu barədə İran mediasında məlumat verilib.
Belə ki, Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edən Ronaldo portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu fiziki məhdudiyyətli rəssam qızı qucaqlayıb öpüb. İran qanunlarına görə, Ronaldonun bu addımı zina kimi qiymətləndirilir və bunun cəzası 99 şallaq hesab olunur.
Əkbər