Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" Türkiyə Super Liqasında bu gün növbəti oyununu keçirəcək.
Ednews-un məlumatına görə, Volkan Demirelin baş məşqçisi olduğu komanda IX turda "Fənərbağça"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, əvvəlki bütün matçlarda qələbə qazanan İstanbul təmsilçisi 24 xalla ikinci, "Hatayspor" isə 14 xalla beşinci pillədə qərarlaşıb.