"Real" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə yeni müqavilə imzalayıb.
Ednews xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Madrid təmsilçisi ilə 20 yaşlı futbolçu arasındakı sözləşmə 2029-cu ilə nəzərdə tutulub.
Kamavinqa 2 il əvvəl Fransanın “Renn” klubundan “Real”a 40 milyon avroya keçib. Bu mövsüm o, İspaniya La Liqasında 12 oyuna çıxıb.