Son günlər Rusiya mətbuatında bu ölkənin klublarının “Sabah”ın baş məşqçisi Murad Musayevlə danışıq aparması haqda xəbərlər yayılmaqdadır.
Ednews xəbər verir ki, qol.az saytı bununla bağlı “Sabah”ın mövqeyini öyrənib.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Murad Musayevlə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib:
“Murad Musayevin klubla müqaviləsi var. Rusiya mətbuatında oxşar xəbərlər əvvəllər də yer alıb. Baş məşqçimiz hazırda komandanın sükanı arxasındadır və başqa versiya ümumiyyətlə müzakirə edilməyib”.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya 1-ci divizon təmsilçiləri “Alaniya”nın, bu gün isə “Şinnik”in Murad Musayevlə danışıq aparması haqda xəbər yayılıb. Hətta “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl Murad Musayevə görə Azərbaycana səfər etdiyi də bildirilir.