Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Ednews-un məlumatına görə, 2023-cü ilin son turunun ilk oyunu Qəbələdə keçirilib.
Şəhərin eyni adlı komandası “Sabah”ı qəbul edib. Uğursuz mövsüm keçirən Bakı klubu autsayderə qarşı səfər görüşündə də məğlub olub. Qarşılaşmanın taleyini 1 qol həll edib. Murad Musayevin 45+2-ci dəqiqədə başla vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. Qonaqların heyətində Anatoli Nuriyev ikinci hissədə penaltini qola çevirə bilməyib.
Bununla da sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də keçiriləcək.