İspaniya millisinin futbolçusu Alvaro Neqredo "Kadis"dən ayrılıb.
Ednews xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 38 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, A.Neqredo 2020-ci ildən La Liqa təmsilçisində oynayırdı. O, bu mövsüm 9 oyuna çıxıb, qol vurmayıb.