Bu gün futbol üzrə Millətlər Liqasının püşkü atılıb.
Ednews xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən püşkatma mərasimində milli komandamızın da rəqibləri bəlli olub.
C divizionunda yarışacaq millimiz tanış rəqiblərlə düşüb. Hazırda baş məşqçisiz olan yığmamız İsveç, Estoniya və Slovakiya ilə eyni qrupda mübarizə aparacaq.
Xatırladaq ki, Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparmışdı. Cani De Byazinin komandası səfərdə Estoniyanı, doğma meydanda isə İsveç futbolçularını məğlub edə bilmişdi.