"Real" qarşıdakı yay transfer pəncərəsində 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Arda Güleri icarəyə göndərməyi planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Gənc futbolçunun matçların tempini saxlamaq üçün kifayət qədər fiziki hazırlığının olmadığı məlum olub. Bu baxımdan, Ardanın yayda oyun təcrübəsi qazanmaq üçün başqa kluba göndəriləcəyi bildirilir.
Qeyd olunur ki, Güler "Real"da qalsa, gələn mövsüm daha da az oyun şansı alacaq.