"Bayer" bütün turnirlərdə uduzmadığı ardıcıl matçların sayını 32-yə çatdırıb.
Ednews xəbər verir ki, komanda son olaraq dünən Bundesliqanın 22-ci turunda "Haydenhaym"la oyunda 2:1 hesabı ilə qalib gəlib. "Opta"nın məlumatına görə, bununla da Leverkuzen təmsilçisi "Bavariya"nın rekordunu təkrarlayıb. Münhen klubu 2019-2020-ci illərdə ardıcıl 32 matçda məğlub olmamışdı.
Bu mövsüm Xabi Alonsonun baş məşqçisi olduğu komanda 28 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və heç bir görüşdə uduzmayıb.