Ötən gün keçirilən “Neftçi” – “Qarabağ” (0:4) oyunundan sonra qonaqların futbolçusu Kevin Medinanın avtomobilinə ziyan vurulub.
Ednews xəbər verir ki, bu barədə müdafiəçi İnstagram hesabında paylaşım edib:
“Bu oyundan sonra mənim avtomobilimin fotolarıdır. İnsanların bu vəziyyətdə ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm də maşında ola bilərdi. Təhlükəli vəziyyətdir. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”, deyə o, qeyd edib.