İngiltərənin "Aston Villa" klubu icarə əsasında çıxış edən Rossa Barkli ilə rəsmi müqavilə bağlayıb.
Ednews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha əvvəl müqavilə əsasında "Luton" (İngiltərə) kollektivinə məxsus olan 30 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə millisinin də şərəfini qorumuş R.Barkli "Çelsi" və "Everton" komandalarında da çıxış edib.