"Qarabağda islamla bağlı bir çox abidələrin tarixi silinmişdir. Alban kilsələrinin böyük bir hissəsi saxtalaşdırılıb. Orada erməni kilsəsindən elementlər gətirdilər və memarlıq üsulu dəyişildi. Bu tarixi tikililərdə hərbi sursat və mal-qara saxlayırdılar."
Bu fikirləri Ednews TV-ə açıqlamasında Alban-udi xristian icmasının sədri Robert Mobili bildirib.
Onun sözlərin görə, qədim Alban kilsələrinin üzərinə saxtalaşdırılmış elementlər və simvollar yerləşdirilib:
"Cənab prezident də həmişə deyib ki, əgər bu kilsələr onlara aid idisə niyə bu yerlərdə heyvan saxlayıblar? Qarabağda ən məşhur Alban kilsələrinin üzərinə gətirib erməni xaçları qoymuşdular. Bunu görmək üçün heç ekspertə ehtiyac da yox idi."
Daha ətraflı videoda: