"Pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir"

İdman 16:45 19.02.2025

Azərbaycanda futbol azarkeşləri çox seçicidirlər: avrokubok oyunlarında meydanlar dolub-daşır, amma istər klub matçları, istərsə də milli komandanın qarşılaşmaları, demək olar ki, səssizlik şəraitində keçir.

Azarkeşləri meydanlardan uzaq tutan nədir? Oyunları "canlandırmaq" üçün hansı maneələri aradan qaldırmaq lazımdır?

“EDnews” xəbər verir ki, məsələ ilə Oxu.Az-la fikirlərini bölüşən idman jurnalisti Rasim Sultanzadə bildirdi ki, istər infrastruktur baxımından, istərsə də oyun keyfiyyəti üzündən azarkeşlər avrokubok matçlarından başqa heç bir oyunu izləmək üçün stadiona gəlmək istəmirlər:

"Bunun səbəblərindən saatlarla danışmaq olar. Avropa ölkələri ilə müqayisə etsək, misal üçün, İngiltərə və Almaniyada, əsasən, azarkeşin ön plana çıxdığı ölkələrdə həftəsonları oyunlara getməyi hobbi kimi görürlər. Hətta futbol izləməyə getmək üçün gün sayırlar. Bu onlar üçün əyləncədir. Əlavə olaraq, orada azarkeşlərin oyunları izləməsi üçün infrastruktur daha mükəmməldir. İstər oturacaqlar, istər qidalanma üçün şərait və s.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Bakıda yaşayan biri üçün həftəsonları, məsələn, "Neftçi"nin, "Səbail"in, ya da "Araz-Naxçıvan"ın oyununa getmək maraqlı deyil. Hətta idman jurnalistlərinə də. Sadəcə, iş, peşə tələb etdiyi üçün gedirlər. Daha dərinə getsək, 15 il öncə çempionata azarkeşlər daha çox gəlirdilər. İndi isə vəziyyət xeyli dəyişib.

Səbəblərdən biri də "Qarabağ"ın liderliyidir. Çünki hər kəsdə belə bir inam var ki, onsuz da, "Qarabağ" qalib gələcək. Bölgələr istisnadır, çünki orada yaşayanların əksəriyyətinin asudə vaxtı boldur.

Digər məsələ baxımlı oyunun olmamasıdır. Məsələn, "Neftçi" ilə "Qarabağ"ın görüşündə biz azarkeşlərə nə verdik ki, bir də stadionda onları gözləyək? Söhbət burada "fan klub" azarkeşliyindən getmir, təbii ki. Məncə, liqadakı komandalar, AFFA, klub rəhbərlikləri bu sualı cavablandırmalıdırlar.

R.Sultanzadə əlavə edib ki, azarkeş stadiona gələndə cibindəki ətri, yaxud digər şəxsi əşyalarını alıb atan polislərə görə də növbəti qarşılaşmanı ya televizordan, ya da internetdən izləməyə üstünlük verir.

İdman jurnalisti Kənan Məstəliyev isə Oxu.Az-a açıqlamasında azarkeşlərin tənbəlləşdiklərini bildirib:

"Mən düşünürəm ki, azarkeşlərimiz tənbəlləşiblər. Xüsusilə məni narahat edən "Qarabağ" azarkeşləridir. Komandanın avrokubok matçlarında stadionu dolduran azarkeşlərin cəmi 1%-i yerli çempionatdakı oyuna gəlir. Əgər heyətdəki Yankoviç, Borges kimi futbolçuları bəyənirsənsə, avrokubok matçından üç gün sonra çempionat qarşılaşmasında eyni şəxslər eyni oyunu sərgiləyəcəklər də. Amma "Qarabağ" azarkeşi öz komandasına bu məsələdə biganə yanaşır. Paytaxtın çox rahat ərazisində yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da keçirilən oyuna niyə gəlməyəsən ki?"

K.Məstəliyevin sözlərinə görə, ölkədə futbol az qala "Bakı çempionatı"na çevrilib:

"Milli komandaya gəlincə, keçmişdə stadionlar, demək olar ki, tam dolurdu. İndiki azarkeşlərin isə futbola marağı çox dəyişib. Millinin uğursuzluğu da bunun əsas səbəblərindən biridir. Amma əsas sual budur ki, azarkeş niyə çempionat oyunlarına baxmağa gəlmir?

Təbii ki, "Turan Tovuz" azarkeşinə burada alqış düşür. İstər klub rəhbərliyi, istərsə də azarkeşlər hər zaman Tovuzda əsl futbol bayramı ab-havası yaradırlar.

"Kəpəz" klubunun böyük azarkeş potensialı var, amma öz şəhərində oynamadığı üçün hazırda stadion boş qalır. Azərbaycanda futbol az qala "Bakı çempionatı"na çevrilib deyə azarkeşlərdə də maraq azalıb. Amma klub sayı artırılır və bundan sonra bölgələrdə yaşayanların stadionları dolduracaqlarına, marağın artacağına şübhəm yoxdur".

Həmkarları ilə bir çox nüanslarda razılaşan Anar Xanlarov futbol azarkeşliyi baxımından bölgələrin bir-birindən fərqləndiyinə diqqət çəkib:

"Əslində, normal futbol ölkələrində belə problemlər yaşanmamalıdır. Çünki hər şey bir-biri ilə zəncirvari bağlı olur, hər şey nəzərə alınır. Bizdə isə ümumiyyətlə azarkeş məsələsində problem var. Bunu bilet sayına, oyun saatına, gününə bağlamaq olar, amma etiraf edək ki, yaxın illərə kimi oyunlara giriş pulsuz idi, oyunlar istirahət günləri keçirilirdi, amma yenə də stadionlar boş olurdu. Xüsusilə Bakıda. Məsələn, Respublika stadionunda ölkə çempionatı çərçivəsində nə vaxt dolu tribuna olub? Heç iki sektor tam dolmur. "Səbail"in ev oyunlarına giriş pulsuz olsa belə, yenə stadion boş olur. Amma deyək ki, Tovuzda bilet 2 manatadır, hər oyuna ortalama dörd-beş min azarkeş gəlir. Gəncədə oyunlar olanda da azarkeşlər bilet alıb oyunlara gəlirdilər.

Təbii ki, bölgədən-bölgəyə fərq var. Tovuz və Gəncədən fərqli olaraq, Qəbələ və Şamaxıda ajiotaj olmur. "Qəbələ" çempionluğa oynayanda da stadionu dolmurdu. Demək ki, azarkeş amili həm də bölgənin futbol bölgəsi olub-olmamasından da asılıdır. Təbii ki, bilet qiymətləri və oyun saatları da azarkeş üçün münasib olmalıdır. Sən iş günü, iş saatına oyun salsan, istər-istəməz azarkeş sayına təsir edir. Amma düşünürəm ki, bizdə Premyer Liqa oyunlarının əksəriyyəti şənbə-bazar günləri axşam saatlarına təyin olunur ki, bu da azarkeş üçün münasibdir. Əksər biletlərin qiyməti də 2 manatdan başlayır ki, bu da normal sayıla bilər".

"Qəbələ" klubunun azarkeşlərindən olan Nəriman Təbriz deyir ki, polislərin tribunalarda olması azarkeşlərin stadiona gəlməsinə təsir edən amillərdən biridir:

"Azərbaycanda azarkeşlər, əslində, stadionlara getmək istəyirlər. Sadəcə, pul qazanmaq üçün işə gedən adam stadiona gəlib vaxt itirmək istəmir. Mən özümdən misal çəkə bilərəm ki, daimi gəlirim olan işə sahib olmasam, stadiona gedib oyunlara baxaraq vaxt itirmərəm. Digər səbəblərdən biri isə federasiya tərəfindən qəbul olunan bəzi qərarlar, cərimələrdir ki, onlara görə həvəsimiz ölür.

Həmçinin bizdə tribunalarda azarkeşdən çox, polis əməkdaşları olur, azarkeşlik edib səs-küy salanda müdaxilə edirlər. Xarici ölkələrdə polislər, sadəcə, stadionun ətrafında yoxlanış edirlər, bizdə isə oyunu onlarla birlikdə "izləməli" oluruq".

"Oyunların keçirilmə vaxtının da təsiri böyükdür. Qarşılaşmalar həftəsonları və iş saatından sonra keçirilməlidir. Bunlar əsas şərtlərdən biridir. Ümumilikdə isə bu, ölkə futbolunun problemidir. Sadalanan nüanslar azarkeşlərdə futbola olan marağı azaldır. Ümid edirəm ki, federasiya rəhbərliyi azarkeşlərin də fikirlərini öyrənərək buna uyğun addımlar atacaq. Belə olacağı təqdirdə stadionda azarkeşlərin sayının artımını müşahidə etmək olar", - deyə N.Təbriz əlavə edib.

Azarkeşlərin oyunlara daxil olarkən üzərlərinə baxış keçirilməsi və şəxsi əşyalarının alınması ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, qadağan olunmuş əşyalarla stadiona giriş məhdudlaşdırılır:

"Futbol oyunları, idman yarışları və digər kütləvi tədbirlər zamanı məkanın, həmçinin bütün iştirakçıların təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilir. Stadionun girişində polis əməkdaşları tərəfindən azarkeşlər xüsusi detektorlarla yoxlanılır, qadağan olunmuş əşyalarla stadiona giriş məhdudlaşdırılır. Burada həm kişi, həm də qadın polis əməkdaşları xidmətə cəlb edilirlər. Qadağan olunmuş əşyaların siyahısı barədə tədbir keçirilən məkanda məlumatverici lövhələr quraşdırılır, gələn qonaqlara məlumat verilir. Tədbirin növündən asılı olaraq, məkana keçirilməsi qadağan olunan əşyaların siyahısı dəyişdirilə bilər.

Qeyd etdiyiniz məqamda futbol oyunları zamanı birmənalı olaraq şüşə və metal əşyalar, kəsici-deşici alətlər, dəyənəklər, fişəng, partlayıcı maddələr, səsgücləndirici qurğular, iri çantaların stadionlara buraxılması qadağandır. Çünki bu əşyalar stadionda futbolçularla yanaşı, məşqçi korpusu, oyunu idarə edən hakimlər briqadası və tamaşaçıların təhlükəsizliyini təhdid altına alır".

Tribunaların boş qalması məsələsi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev bildirib ki, mövsüm ərzində bütün komandalar həftəsonları bərabər sayda oyunlar keçirirlər:

"Peşəkar Futbol Liqası azarkeşlərin oyunlara cəlb olunması yönündə imkanları çərçivəsində hər zaman davamlı iş görür. Mövsüm ərzində bütün komandalarımız həftəsonları bərabər sayda oyunlar keçirirlər. Saatlar da maksimum şəkildə buna uyğunlaşdırılır. Yalnız Şamaxı şəhər stadionunda işıqlandırmada problemlər olması səbəbindən "Şamaxı" klubunun matçları günorta saatlarına təyin edilir.

Vaxtlar Premyer Liqanın rəsmi yayımçısı "CBC Sport" kanalı ilə də məsləhətləşmələr əsasında müəyyənləşdirilir. Kanal əməkdaşları maksimum şəkildə keyfiyyətli yayım təqdim etməyə çalışırlar. Son oyunlarda 11 kameradan istifadə edilməsi də bunun sübutudur. Azarkeşlər oyunların bəzəyidirlər. Xüsusilə son dönəmlərdə onların stadiona daxil olmaları, rahatlıqla yerlərini tapmaları, azarkeşlik etmələri üçün xeyli addımlar atılıb. Artıq ailəvi şəkildə matça gələnlərin çox olması xüsusilə sevindiricidir".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ukrayna müharibəsi: NATO-nun sərhədləri harada bitir? -Analitik Baxış
21:56 09.07.2025
“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Hamısı