İtaliyanın tanınmış futbol mütəxəssisi Antonio Konte karyerasına “Napoli” klubunda davam edəcək.
EDnews xəbər verir ki, bu barədə məlumatı klub prezidenti Aurelio De Laurentis rəsmi şəkildə təsdiqləyib. O, sosial media hesabında yayımladığı paylaşımda Kontenin komandada qalacağını vurğulayıb:
“Əvvəlkindən daha güclü – tam sürətlə irəli!”
Qeyd edək ki, Antonio Konte 2024-cü ilin yayında “Napoli” klubuna baş məşqçi təyin edilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında klub uğurlu çıxışlar göstərərək İtaliya çempionatını qazanıb. Onun oyun fəlsəfəsi və intizamlı yanaşması komandanın yüksəlişində mühüm rol oynayıb.
Futbol ictimaiyyəti Kontenin klubda qalmasını “Napoli”nin sabitliyi və ambisiyalı planları baxımından strateji addım kimi qiymətləndirir.
Fatıma Şükürova // EDnews