Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema və aktrisa Lina Kudri Korsika adasında toy etməyi planlaşdırırlar.
“EDnews” xəbər verir ki, nikah mərasimi iyulun əvvəlinə nəzərdə tutulub. 32 yaşlı aktrisa ilə nikahın fransız futbolçunun karyerasının başa çatdıracağına işarə ola biləcəyi vurğulanır.
38 yaşlı Benzemanın "Əl-İttihad"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.