Türkiyə kəşfiyyatı Suriya lideri Əhməd əl-Şaraa (əl-Culani) Suriyanın cənubundakı Dəra bölgəsində həyata keçirilməsi planlaşdırılan sui-qəsdin qarşısını alıb.
“EDnews” xəbər verir ki, hücum planı bölgədəki siqnal kəşfiyyatı və sahə mənbələri vasitəsilə müəyyən edilib.
Bildirilib ki, Türkiyə kəşfiyyatı sui-qəsd planının koordinatlarını suriyalı həmkarları ilə bölüşüb və əməliyyat dəstəyi verib.
Bununla da mümkün siyasi sarsıntının qarşısı alınıb.