Rusiyalı paraşütçü Valeri Rozov sərbəst tullanma üzrə rekord qırıb.
Valeri Rozov dünyanın ən hündür altıncı zirvəsi olan Himalayanın Çuayo zirvəsindən tullanıb. Çuayo zirvəsinin hündürlüyü 7700 metrdir. Rusiyalı idmançı və onu müşayiət edən komanda bu zirvəyə çatmaq üçün 21 gün dağı dirmaşmalı olub.
Valeri Rozov 2013-cü ildə Everestdə yerləşən 7220 metr hündürlüyü olan bir zirvədən də tullanıb. Onun yeni tullanması bu rekordu üstələyib.
Valeri Rozovun zirvədən tullanmasından qayalığın ətəyinə çatması 90 saniyə çəkib.