"Eurasia Diary"nin Reuters-ə istinadən verdiyi məlumata görə, Davosda keçirilən Beynəlxalq İqtisadi forumda Britaniya baş naziri Theresa May Britaniyanın Avropa Birliyini tərk etməsininin vaxtı çatdığını və dünyada öz rolunu müəyyənləşdirməyin vacibliyini bildirib.
Theresa May qeyd edib ki, Britaniya azad ticarət və azad bazarda öz liderliyini formalaşdırmalıdır.
Xanım May deyib ki, “Britaniya müəyyən dövr ərzində dəyişiklərlə üzləşməlidir. Bu o deməkdir ki, biz danışıqlarda iştirak etməli və dünyada öz rolumuzu dəqiqləşdirməliyik”.
Theresa May onu da açıqlayıb ki, Britaniya artıq Yeni Zelandiya, Avstraliya və Hindistan ilə gələcək ticarət əlaqələri barədə danışıqlar aparıb.
Yunis Abdullayev