Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniyaya rəsmi səfər edib.
Paytaxt Dar əs-Salamda keçirilən rəsmi qarşılanma mərasimində Türkiyə prezidentini həmkarı Con Maqufuli qarşılayıb.
Daha sonra Ərdoğan Maqufuli ilə birgə davul çalıb.
Xatırladaq ki, Ərdoğanın Afrika turu Tanzaniyadan başlayıb.
Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək. Səfər zamanı Ərdoğan bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirə edəcək.