İstanbulun Zeytunburnu limanında quru yük gəmisi batır.
"Haberturk" telekanalı xəbər verir ki, dəniz polisi və sahil mühafizəsi bütün zəruri tədbirləri görür.
Qeyd olunur ki, naməlum səbəblərdən gəmiyə su dolmağa başlayıb. Polisin məlumatına görə, göyərtədə ekipaj yoxdur və gəmidən SOS siqnalı daxil olmayıb.