Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı siyasi təzyiqlər artıb.
Bu barədə məlumatı Ukraynanın “Vesti” nəşri yazıb.
Qeyd olunub ki, siyasi təzyiqlərə dözməyən Avakov qısa müddət ərzində vəzifəsini tərk edə bilər.
Bildirilib ki, vəziyyət Knyajiçi qəsəbəsində baş verən atışmanın fonunda daha da gərginləşib.
Həmin atışmada beş nəfər həlak olmuşdu.
“Pyotr Poroşenko Bloku”ndan Ali Radanın deputatı seçilən Sergey Kaplin bildirib ki, Avakova iki ay vaxt verilib:
“Ona xoşluqla Nazirlər Kabinetindəki otağını tərk etmək təklif edilib. Onun artıq manevr etmək imkanı da yoxdur”.