Dubay şahzadəsi Moza Əl Maktum kral ailəsinin ilk peşəkar pilotu olub.
Bu barədə məlumatı Dubay şahzadəsi şeyx Lətifə "Instagram" hesablnda paylaşıb.
"Mənim qardaşım qızı ailəmizdə ilk qadın pilot oldu. O, ilk dəfə olaraq təyyarəni kommersiya pilotu olaraq idarə edib.
Səninlə fəxr edirik! Sən inandığın hər şeyi əldə edə bilərsən", - deyə şahzadə öz səhifəsində yazıb.
Dubay şahzadəsinin hansı aviaşirkətin təyyarələrini idarə etdiyi açıqlanmır, ancaq internet istifadəçilərinin qeyd etdiyinə onun geyimi "Emirates" pilotlarının formasına bənzəyir.