Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib.
Prezidenti ölkə parlamentinin üzvləri seçiblər.
Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub.
Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb.
Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.(Trend)