Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətə qoşulan Seyran Ohanyan Sarkisyan hakimiyyətini ifşa etməyə başlayıb.
Erməni mətbuatı xəbər verir ki, Ohanyan keçmiş məmur yoldaşlarının ölkədə guya siyasi məhbusların olmaması haqda yalanlarını üzə çıxarıb.
Keçmiş nazir jurnalistlərin "Ermənistanda siyasi məhbus varmı?" sualına "əlbəttə, var"-deyə cavab verib.
Ohanyan Ermənistanda siyasi məhbusların olduğunu desə də, bu haqda ətraflı danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Seyran Ohanyan nazir postundan çıxarılandan sonra prezident Serj Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyir.
O, apreldə keçirilməsi planlaşdırılan parlament seçkilərində ölkənin aparıcı müxalifət birlikləri ilə birgə mübarizə aparacaq.