Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.
Əvvəlcə uşaqlar qarın ağrıları və ürəkbulanma ilə şikayət ediblər.
Uşaqlardan 5-i hospitala yerləşdirilib.
İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.