Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Mustafa Akınçı adanın liderlərinin fevralın 23-nə nəzərdə tutulan görüşünə getməkdən imtina edib.
Akınçının bu addımının səbəbi yunan tərəfinin Enosis qərarında geri addım atmaması ilə bağlıdır.
BMT xəbəri təsdiqləyərək türk tərəfinin liderlərin görüşündən imtina etdiyini bildirib.
Fevralın 22-də səhər saatlarında BMT-nin Kiprdəki xüsusi nümayəndəsi Elizabet Spehar Kiprin yunan hissəsinin prezidenti Nikos Anastasiadislə görüşüb.