Ukrayna Ali Radasının “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Aleksey Qonçarenkonu oğurlanıb.
UNİAN agentliyi xəbər verir ki, bu haqda Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib.
Sarqanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının bölmələri hazırda fakt üzrə işləyirlər. Təfərrüatlar daha sonra açıqlanacaq.
“Baş prokuror Yuri Lusenko bildirib ki, Aleksey Qonçarenko işgəncə məqsədi ilə separatçılardan ibarət qrup tərəfindən oğurlanıb”, - “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Olqa Çervakova jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu informasiya hazırda yoxlanılır.(publika.az)