Yeni Zelandiyada vergi proseslərinin sadələşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi və qaydalar təsdiqlənib.
Vergilər.az saytı bildirir ki, əsas yeniliklər kiçik müəssisələr üçün tələblərə əməletmə xərclərinin azaldılmasını, eləcə də vergilərlə bağlı məlumatların əldə olunmasına dair qaydaların sərtləşdirilməsini əhatə edir. Ölkənin Vergi Məcəlləsinə təsərrüfat fəaliyyətinin vergiyə cəlb olunması, informasiya mübadiləsi, həmçinin dəqiqləşdirici suallarla bağlı müddəalar daxil edilib.
Qanun layihəsi yeni ödəniş sistemini təmin edəcək. Həmin sistem 2018-ci il aprelin 1-dək ilkin ödəmələr məqsədilə kiçik biznes üçün bir variant kimi müəyyənləşdirilib.
Qanun layihəsinə əsasən, mənfəət vergisinə, eləcə də 2017-ci il aprelin 1-dən kredit borcları üzrə dövriyyə vəsaitlərinə tətbiq edilən aylıq 1 faizlik dəbbə ləğv edilir.