Almaniya kansleri Angela Merkel Afrika ölkələri ilə bağlı gözlənilməz bir etiraf edib.
Almaniyaya gələn qaçqınlara yardım edən təşkilatların nümayəndələri ilə görüşən Merkel müstəmləkə dövründə Afrikada böyük günah işlədiklərini deyib.
O, qəbilələrin yaşadıqları bölgələr nəzərə alınmadan Afrikada təsadüfi sərhədlərin çəkildiyini etiraf edib. Merkel G20 (“Böyük iyirmilik”) ölkələrini Afrika ölkələri üçün təcili addımlar atmağa çağırıb.(publika)