Suriyanın İdlib vilayətinə endirilmiş hava zərbəsi nəticəsində 18 nəfər həlak olub.
Bu barədə "Reuters" Suriyanın İnsan Haqları Rəsədxanasına istinadən xəbər verib.
Rəsədxanadan verilən xəbərdə bildirilir ki, həlak olanların 5-i uşaqdır.
Hüquq müdafiəçiləri bildiriblər ki, avia zərbələrc Urum-əl-Cauz şəhərinə endirilib. Hava hücumlarının hansı silahlı qruplaşma, yaxud ordu tərəfindən endirilməsi barədə məlumat verilmir.