ABŞ-ın sabiq prezidenti Barak Obama atdığı twitlə gündəmə gəlib.
Donald Trampdan sonra twiter sosial şəbəkəsi üzərindən gündəmə gələn ABŞ-ın sabiq prezidenti Barak Obamanın 2 milyon izləyici tərəfindən bəyənilən twiti dünya mediasında müzakirələr səbəb olub.
Daha əvvəl də Londondakı terror hadisələrinə twitter üzərindən münasibət bildirən Obama bu dəfə Nelson Mandeladan sitat gətirib: "Heç kim bir-birinə dərisinin rəngi, keçmişi və ya dininə görə nifrət etməməlidir".
Obamanın bu twiti 1.3 milyon dəfə paylaşılıb, 3.1 milyon dəfə isə bəyənilib. Bununla da Obamanın Nelson Mandeladan sitatı Twitter tarixinin ən çox bəyənilən twiti olub. (Publika.az)