İsveçrənin Vale kantonunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Piper 28” tipli təyyarə dağlıq ərazidə yerə çırpılaraq yanıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb. İnsidentin səbəbləri araşdırılır.