Rusiyanın Abxaziyadakı hərbi bazasındakı hərbçilərin döyüş hazırlığı yoxlanılıb.
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi hərbçilərin həyəcan siqnalı ilə ayağa qaldırıldığı barədə xəbər yayıb. Döyüş hazırlığının yoxlanılmasına 3 min hərbçi, 700-dən artıq hərbi texnika cəlb edilib.
Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Rusiya 2008-ci il müharibəsindən sonra qondarma respublikanın müstəqilliyini tanıyıb. (Axar.az)