ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.
"Prezidentin yeni qərarı Venesuela hökuməti və dövlət neft şirkəti tərəfindən buraxılmış qiymətli kağızlarla təzə borc öhdəlikləri üzrə sazişləri qadağan edir. Həmçinin Venesuela dövlət sektorunun malik olduğu, eləcə də hökumət tərəfindən borc öhdəlikləri üzrə divident ödənməsinə aid bir sıra mövcud sazişlər qadağan edilir", — deyə Sanders bildirib.
S.Sanders, həmçinin rəsmi Vaşinqtonun Venesuela prezidenti Nikolas Maduro tərəfindən çağırılan və parlamentin səlahiyyətlərini öz üzərinə götürən Konstitusiya Assambleyasını tanımadığını bildirib.
Buna baxmayaraq, yaxın gələcəkdə ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planlaşdırmır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qerbert Makmaster bəyan edib ki, istənilən qərarı regiondakı tərəfdaşları ilə birgə qəbul edəcəklər: “Yaxın gələcəkdə hər hansı hərbi əməliyyatın keçirilməsi planlaşdırılmır. Bununla belə, vəziyyətdən asılı olaraq müxtəlif variantları nəzərdən keçirməyə davam edəcəyik”. (Virtualaz.org)