Merkel Türkiyəni Avropa İttifaqının tərkibində görmür | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkel Türkiyəni Avropa İttifaqının tərkibində görmür

Dünya A- A A+

Almaniya kansleri Angela Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur.

Bunu o, bazar günü Almaniyanın Nazirlər Kabinetinin rəhbəri postuna namizəd olan sosial-demokrat Martin Şultsla debatlar zamanı deyib.

"Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm", - deyə o qeyd edib.

Kanslerin sözlərinə görə, Berlin bu yaxınlarda Türkiyədə Almaniya vətəndaşlarının yaxalanması və münasibətlərin pisləşməsinə "iqtisadi tədbirlərin köməkliyi ilə" cavab verə bilər.

Eyni zamanda AFR kansleri bu fikir ayrılıqlarının fonunda Türkiyə ilə diplomatik əlaqələri kəsmək niyyətində olmadığını bildirib: "Mən hazırda Türkiyə ilə diplomatik münasibətləri kəsmək niyyətində deyiləm". (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...