İranda cinsi təcavüzdə və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.
Edamlar Təbriz və Ərdəbil şəhərlərində həyata keçirilib. Təbrizdə edam edilən 2 nəfər cinsi təcavüzdə ittiham olunublar. Ərdəbildə edam edilən 50 yaşlı müttəhim Adil Kərimi isə qətldə təqsirkar bilinib.
Qeyd edək ki, son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.(axar.az)