Arakandakı durum bütün regionda sabitliyi poza bilər.
Bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.
“Myanma hökuməti zorakılığı dayandırmalı və etnik təmizlənməyə son qoymalıdır. Arakan bölgəsində insan hüquqlarının pozulması, təhlükəsizlik məsələsi və humanitar durumdan dolayı dərin narahatlıq duyuram”, - baş katib bildirib
Qeyd edək ki, Myanma ordusunun müsəlman əhaliyə (roginya) qarşı etnik təmizləmə siyasəti nəticəsində 125 minə yaxın insan Banqladeşə sığınıb.