"Myanmar istənilən vaxt vətəni tərk etmiş qaçqınları geri qəbul etməyə hazırdır"
Frans-Press Agentliyinin verdiyi xəbərə görə, Myanmarın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji dünya ictimaiyyətinə qaçqınlarla bağlı böhranda dəstək olmaq üçün müraciət edib.
"Nifrət və qorxu dünyanın ən böyük problemidir", - dövlət müşaviri özünün televiziyadakı 30 dəqiqəlik çıxışı zamanı deyib.