Karib adaları və Porto Rikonu yerlə yeksan edən "Mariya" qasırğası yenidən 3-cü kateqoriya səviyyəsinə yüksəlib.
Qasırğa hazırda Dominik Respublikasına doğru hərəkət edir.
Qasırğa adanın şərq sahillərinə sel yağışı və şiddətli külək gətirib. Təbiət hadisəsi 115 km sürətlə adanın daxilinə doğru irəliləyir. Buna görə bölgədə okean suyunun səviyyəsi təhlükəli dərəcədə artıb.
Qasırğanın güclənərək Baham adalarına qədər gedib çatıb.