Keçmiş ABŞ prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton ilk dəfə bir araya gəlib.
Onlar “2017 Qolf Prezidentlər Kuboku” tədbirində görüşüblər.
Hər il Nyu-Cersi şəhərində ənənəvi olaraq təşkil edilən yarışmanın builki açılışını adıçəkilən prezidentlər edib.
“2017 Qolf Prezidentlər Kuboku” yarışmasına prezidentlərlə yanaşı, məşhur idmançılar, biznesmenlər və diplomatlar da qatılıb.(publika.az)