Kolumbiyanın qərb hissəsində mədənin çökməsi nəticəsində altı nəfər həlak olub.
Çoko bölgəsinin Munqarra çayı yaxınlığında yerləşən mədən güclü yağışlar səbəbindən suyun altında qalaraq çöküb.
Xilaedicilər 4 qadını mədəndən çxara bilsələr də, altı nəfərin cəsədini tapa biliblər.
Qəribəsi odur ki, mədəndə işləmək üçün neçə nəfərin icazə lisenziyası olduğu və mədəndə son anda neçə nəfərin işlədiyi haqqında xilasedicilərin dəqiq informasiyası yoxdur.
Bununla belə, ərazidə fövqəladə vəziyyət elan olunub, xilasetmə işləri davam etdirilir.