Türkiyədə həbs olunan ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşı Mətin Topuzun əmrləri kimdən aldığı açıqlanıb.
Xarici media xəbər verir ki, bununla bağlı Türkiyə Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi məlumat yayıb.
Fakt Topuzun mobil telefonundakı mesajlar araşdırılandan sonra üzə çıxıb.
Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin yaxın adamı Zəkəriyyə Öz ilə mesajlaşan Topuz əmrləri müdiri Yason Sandovaldan aldğını bildirib. Sandoval ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı, keçmiş kəşfiyyatçıdır. Onun hazırda İstanbul konsulluğunda işlədiyi bildirilir. (Teleqraf.com)