AŞPA ikinci dəfə də yeni rəhbər seçə bilmədi | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


AŞPA ikinci dəfə də yeni rəhbər seçə bilmədi

Dünya A- A A+
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) payız sessiyasında sədr seçkilərinin ikinci turunda Assambleyanın yeni rəhbərini seçə bilməyib.
 
Üçüncü tur sabah səhər keçiriləcək. AŞPA sədrinin səlahiyyətlərini icra edən Rocer Heylin məlumatına görə, ümumilikdə 191 bülleten verilib, onlardan biri etibarsız sayılıb. Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) 69 səs alıb. Namizədlərin heç biri mütləq çoxluğu, yəni 152 səsi toplaya bilməyib. “Sabah səhər biz növbəti səsvermə turunu keçirəcəyik. Orada qələbə üçün sadə səs çoxluğu yetərli olacaq”, - deyə Heyl bildirib.
 
Xatırladaq ki, Pedro Aqramuntun könüllü istefasından sonra AŞPA-nın sədri postuna Kiriakides və Zinqerisin namizədliyi təklif edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...