Yaponiya bu ilin birinci yarısında cəmi üç nəfərə sığınacaq verib.
Qeyd olunan müddət ərzində 8 min 561 nəfər sığınacaq üçün Yaponiya hökumətinə müraciət edib.
Amma onlardan cəmi üç nəfərə müsbət cavab verilib.
İnsan haqları təşkilatları Yaponiyanı ona müraciət edən qaçqınlara mənfi cavab verdiyi üçün sərt tənqid ediblər. Hökumət rəsmiləri isə bildirirlər ki, sığınacaq üçün müraciət edənlərin əksəriyyəti qanunsuz səədlər hazırlayıblar və qanundan sui-istifadə etmək istəyirlər.