Vladimir Solovyovun axşam şousunun efirində “Yedinaya Rossiya” fraksiyasından olan Rusiya Dumasının deputatı Konstantin Zatulin Vladimir Jirinovskiyə LDPR partiyasının 1993-cü ildə seçkiqabağı vədlərini xatırladıb.
Bununla da partiya liderinin qəzəbinə səbəb olub.
Vladimir Volfoviç ona xas olan ekspressiv tərzdə opponentinə nalayiq sözlər yağdırıb. O, Zatulini yalan danışmaqda ittiham edib. (Oxu.Az)