ABŞ-ın qırıcı təyyarələri Rusiyaya aid bombardman təyyarələri ilə birgə uçuş həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Rusiyanın “Tu-95MS” təyyarələrinin Yapon dənizinin beynəlxalq suları üzərində planlı uçuş həyata keçirdiyi, bu uçuşa ABŞ Hava Qüvvələrinə aid “F-18” və Yaponiya Hava Qüvvələrinə aid “F-15”, “F-4” və “F-2A” tipli qırıcı təyyarələrin dəstək verdiyi bildirilib. (Publika.az)