Məşhur rusiyalı satirik Mixail Zadornov 69 yaşında vəfat edib.
Rusiya KİV-nin məlumatına görə, o, beyin xərçəngindən əziyyət çəkirdi.
M.Zadornov iyun ayında müalicə kursunu yarımçıq saxlayaraq, yaxınları ilə daha çox vaxt keçirmək istədiyini bəyan etmişdi.