Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş başa çatıb.
Liderlərin Rusiyanın Soçi şəhərindəki görüşü 2 saat 10 dəqiqə davam edib.
X X X
Bazar ertəsi axşam Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə məhdud tərkibdə danışıqları başlayıb.
Liderlərin məhdud formatda söhbətindən sonra geniş tərkibdə iclas olacaq. Daha sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında Vladimir Putinlə Dağlıq Qarabağ mövzusunu da müzakirə edəcəyini bildirmişdi.