Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 günlük fasilədən sonra yenidən Rusiyaya səfər edəcək.
Türkiyə mətbuatında yer alan xəbərlərdə bildirilir ki, ötən həftə Rusiyaya səfər edərək, həmkarı Vladimir Putinlə görüşən Ərdoğanın növbəti səfəri noyabrın 22-də baş tutacaq. Səfər baş tutarsa, bu, bir il ərzində Ərdoğanla Putin arasındakı altıncı görüş olacaq. Soçi görüşündə yalnız Türkiyə deyil, İran da iştirak edəcək. Görüş zamanı tərəflər Suriyadakı son vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, PYD-nin Suriya Xalqları Konqresinə dəvət edilməsi Türkiyənin sərt reaksiyasına səbəb olmuşdu. Bu səbəbdən Konqres təxirə salınıb. Görüş zamanı həmin konqreslə bağlı məsələnin də müzakirə olunacağı gözlənilir.