Kolumbiyanın şimal-qərbində, Atlantiko departamentində avtobus uçuruma düşüb.
Hadisə nəticəsində ən azı 14 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
Avtobusda neçə sərnişinin qaldığı bilinmir.
Axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyata vertolyot da cəlb olunub.